Hədəf Kurslarının daha bir uğuru Respublikaya səs saldı

Mayın 20-si 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi. Hədəf Kursları Nizami filialının şagirdi Rəna Əliyeva 700 bal toplayaraq IV qrup üzrə maksimum nəticə göstərdi.

Rəna Əliyeva artıq iki ildir ki, Hədəf Kurslarının şagirdidir. Kursun təşkil etdiyi bütün sınaq imtahanlarında 600-dən çox (Az. Bölməsi: IV qrup, 676, 674, 682, 665, 667, 680, 665, 690, 685 bal) bal toplayıb. Gələcəkdə beyin cərrahı olmaq istəyən Rəna belə deyir: ”Almaniyada təhsil alıb ölkəmizə qayıtmaq və burada Azərbaycan səhiyyəsinin inkişafına töhfə vermək istəyirəm”.

Onun kursdakı müəllimləri – Afərim Seyidova (Azərbaycan dili), Amil Cəfərov (Kimya), Anar Allahverdiyev (Fizika), Fərid Cabbarov (Riyaziyyat) və Zamin Cəfərov (Biologiya) Rənanın həmişə çalışqan və əzmli şagird olmasına diqqət çəkirlər. Onların fikrincə, bu çalışqanlıqla istənilən şagird imtahanda yaxşı nəticə göstərə bilər.

Biz də Hədəf Kursları olaraq Rəna Əliyevanı və onun timsalında çalışqanlıqla uğur qazanan bütün şagirdləri təbrik edirik!