Hədəf Kurslarının filiallarında bayram tədbirləri davam edir

Hədəf Kurslarının filiallarında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə silsilə tədbirlər həyata keçirilir.

Tədbirlərdə şagirdlər öz məharətlərini göstərir, müxtəlif səhnəciklərlə çıxış edirlər.

Bununla yanaşı Yeni ilin simvollarından olan Şaxta baba, Qar qız, həmçinin peşəkar musiqiçilər filialların qonağı olub.