Hədəf Kurslarının müəllim qəbulu imtahanında iştirak edənlərin nəzərinə!

Hədəf Kurslarının 2015-2016-cı tədris ili üçün müəllim qəbulu imtahanının nəticələri artıq məlumdur. İmtahan iştirakçıları 16 iyun 2015-ci il tarixdən etibarən kupon aldıqları filiallardan nəticə vərəqini ala bilərlər. İmtahan nəticəsindən asılı olaraq növbəti mərhələyə keçən müəllimlərə xəbərdarlıq SMS-i göndəriləcək.

Bu il Hədəf Kursları İmtahan komissiyası qəbul şərtlərində dəyişiklik edib. Əvvəlki illərdə üç mərhələdən ibarət olan qəbul prosesi bu il iki mərhələdə keçiriləcək. İkinci mərhələyə dəvət edilmiş müəllimlər fənlərinə uyğun mövzunu özləri müəyyənləşdirməklə  dərs keçəcəklər. İkinci mərhələ həm də dəvət edilən müəllimlərlə tanışlıq xarakteri daşıyacaq. İkinci mərhələdən də uğurla keçən müəllimlər növbəti il Hədəf Kursların müəllimləri sırasına qoşulacaqılar.

Hədəf Kursları olaraq növbəti mərhələyə keçənləri təbrik edir və bütün müəllimlərə uğurlar arzulayırıq!