Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - “Hədəf kursları”nın Nizami filialında şagirdlərlə görüş

“Hədəf kursları”nın Nizami filialında şagirdlərlə görüş

20.09.2013- cü il tarixində saat 1800-da “Hədəf kursları”nın Nizami filialında VIII-IX-X sinif şagirdləri ilə görüş keçirildi. İclas VIII-IX-X siniflər üzrə cavabdeh şəxs olaraq Allahverdiyev Anar müəllim tərəfindən başlandı və ilk olaraq, çıxış üçün  söz “Hədəf kursları”nın Nizami filialının direktoru Sadıqov Emin müəllimə verildi. E. Sadıqov çıxışında “ŞAGİRDLƏRİN DƏRSƏ DAVAMİYYƏTİ VƏ MÜƏLLİM-ŞAGİRD” mövzusunda danışdı . Anar müəllim isə öz növbəsində “İMTAHANDA YÜKSƏK NƏTİCƏ ƏLDƏ ETMƏK ÜÇÜN  NƏLƏRİ  ETMƏLİYİK” mövzusunda çıxışını davam etdirdi. Sonra Nizami filialının XI siniflər üzrə direktor müavini Xankişiyev Məhəmməd müəllim “ŞAGİRDLƏRİN KURSDAXİLİ  DAVRANIŞI” mövzusunda  çıxış etdi. İclasın sonunda şagirdlər dinlənildi, suallarına cavab verildi və əlavə dərslərlə bağlı istəkləri tezliklə reallaşacağı söylənildi.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx