Hədəf Kursunun “Təlim günləri”

Picture3

İyunun 2-də “Hədəf Təlim Klubu”nun təşkilatçılığı ilə f.ü.f.d.,dos. Şəmil Sadiqin “Liderlik və idarəetmə” mövzusunda seminarı baş tutub. Klubun “Təlim günləri” çərcivəsində keçirilən 4-cü görüşündə Şəmil Sadiq dinləyicilər ilə öz təcrübəsini bölüşüb. Seminarda təlimin kursuna uyğun viktorina keçirilib. Qaliblər müxtəlif kitablarla mükafatlandırılıblar. Sonda təlim iştirakçıları sertifikatla təmin olunublar.

Qeyd edək ki, iyunun 5-i, saat 17:00-da növbəti təlim keçiriləcək. Bu dəfəki seminarda Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu “İctimaiyyətlə əlaqələr” mövzusunda çıxış edəcək.