Hədəf Kuslarında valideyn iclası keçirildi

 

Hədəf Kurslarının filiallarında valideyn iclası keçirilib. İclasda kursun İcraçı direktoru Emin Sadiqov, Təhsil və Tədris işləri üzrə direktoru Elxan Nəcəfov, həmçinin filial müdirləri və müəllim kollektivi iştirak edib.

İclas zamanı Hədəf Kurslarının dərs proqramı açıqlanıb, il ərzində görüləcək işlər barəsində valideynlərə ümumi məlumat verilib.  Bununla yanaşı səviyyə imtahanı və şagirdlərin sözügedən imtahanlara əsasən bölüşdürülməsi prinsipi açıqlanıb.

İclaslada valideynlər dinlənilib, onları maraqlandıran suallara cavab verilib.