Hədəf liseyi ilk pedoqoji təlimini keçirdi

Hədəf Liseyinə gedən yolda liseyin müəllim kollektivi ”STEM nədir?” mövzusunda ilk pedoqoji təlimini keçmişdir. Seminar Bahçeşehir Avropa Universiteti STEM mərkəzinin rəhbəri Prof.Sencer Çorulu, mərkəzin əməkdaşları Tonguç Özdaş və Uğur Mertin təqdimatında keçirilmişdir. Təlimdə Hədəf liseyində çalışacaq müəllimlər  STEMlə bağlı bilgilər əldə etmişdir.

Qeyd edək ki, Hədəf liseyi 2018-ci ildən etibarən fəaliyyətə başlayan, ölkənin ilk STEM proqramı ilə çalışan liseyi olacaq.