Hədəf liseyinə qəbul-güzəşt imtahanı qaydaları

3 may tarixində Hədəf Liseyində qəbul-güzəşt imtahanı keçiriləcəkdir.  Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə onlara güzəştli təhsil imkanı yaratmaqdır. İmtahan nəticəsinə əsasən 100-lərlə şagirdə 1500-6500 manata qədər güzəşt ediləcəyi planlaşdırılır.

Qəbul-güzəşt imtahanı Azərbaycan bölməsi üçün II-X siniflər üzrə (3-11-ci siniflərə qəbul), Rus bölməsi üçün II-VII siniflər üzrə ( 3-8-ci siniflərə qəbul)  keçiriləcəkdir.

1-ci siniflərə qəbul  Azərbaycan, Rus və  İngilis bölmələri üzrə, 2-ci siniflərə isə Azərbaycan və Rus bölmələri üzrə müsahibə yolu ilə həyata keçiriləcək. Müsahibə hər şagird üçün 25-30 dəq müddətində davam edir. Müsahibə şagirdin məntiqi mühakimə qabiliyyətini, əl motorikasını, dünyagörüşünü, psixoloji durumunu, özünü ifadə qabiliyyətini, yaş səviyyəsinə uyğun bilik bazasını ölçən sualları əhatə edir.

Qəbul-güzəşt imtahanı 3 fəndən ibarət olmaqla Azərbayan və Rus bölmələri üzrə keçirilir.

Güzəşt imtahanında siniflər və fənlər üzrə sual sayı aşağıdakı tərkibdədir:

2-4-cü siniflər üzrə ümumilikdə 30 sual

*İmtahan müddəti 60 dəq

 

Fənlər

Tədris dili İngilis dili Riyaziyyat
Tapşırıq tipi Qapalı test
Sual sayı 10 sual 10 sual 10 sual
Çətinlik dərəcəsi 4 asan,

3 orta,

3 çətin

4 asan,

3 orta,

3 çətin

4 asan,

3 orta,

3 çətin

 

 

5-10-cu siniflər üzrə ümumilikdə 50 sual

*İmtahan müddəti 90 dəq

Fənlər Tədris dili İngilis dili Riyaziyyat
Tapşırıq tipi Qapalı test
Sual sayı 15 sual 15 sual 20 sual
Çətinlik dərəcəsi 5 asan,

5 orta,

5 çətin

5 asan,

5 orta

5 çətin

8 asan,

7 orta,

5 çətin

 

Güzəşt imtahanının nəticəsinə əsasən HƏR SİNİF üzrə:

91%-100% nəticə göstərən şagirdlər – 75% güzəşt;

81%-90% nəticə göstərən şagirdlər – 60% güzəşt;

71%-80% nəticə göstərən şagirdlər – 50% güzəşt;

61%-70% nəticə göstərən şagirdlər – 30% güzəşt;

51%-60% nəticə göstərən şagirdlər – 20% güzəşt əldə edəcəklər.

QEYD: Müsabiqə iki filial üzrə birgə aparılacaqdır.

İmtahana giriş kuponu əldə etmək üçün hər iki fililalımıza yaxınlaşa bilərsiniz. Kuponun qiyməti 3 AZN təşkil edir.

27 aprel güzəşt imtahanı üçün son qeydiyyat tarixidir.

 

Ünvan:

Nəsimi ray., Tbilisi pr. 72

Abşeron ray., Masazır qəs., Bağçalı evlər yaşayış kompleksi

Tel:  050(070)2722018, *2018

Hedefliseyi.edu.az