Hədəf məzunları üçün “Hədəf mənə nə verdi?” adlı müsabiqəyə start verildi

hedefkursplakter

Artıq Hədəf Kursları 7 ildir ki, fəaliyyət göstərir.  Bu illər ərzində minlərlə məzunu universitetlərə, dövlət orqanlarında işə yola salmışdır. Bu məzunlar yerli və xarici universitetlərə yüksək nəticə ilə qəbul olmuşlar. Yeni tədris ilindən məzunlar ilə əlaqəni daha da inkişaf etdirmək üçün Hədəf Karyera Mərkəzi müsabiqə keçirməyi qərara aldı.

“Hədəf mənə nə verdi?” adlı müsabiqənin şərtləri aşağıdakı kimidir:

1. Müsabiqədə Hədəf Kurslarından məzun olmuş hər kəs iştirak edə bilər. Bura bakalavr, magistr, YÖS, müəllim hazırılığı, texnikum, TOEFL, dövlət qulluğu hazırlığı üzrə buraxılışlar daxildir.

2. Müsabiqədə iştiark etmək istəyən Hədəf Məzunları öz feysbuk profilində  “Hədəf mənə nə verdi?” adlı mətn paylaşmalıdır. Mətn ən çox yüz sözdən ibarət ola bilər. Yaxşı olar ki, Hədəflə bağlı bir şəklini də statusa əlavə etsin. Statusun sonunda hansı filialımızda və hansı istiqamətdə hazırlaşdığı hökmən qeyd edilməlidir.

3. Paylaşılan statusun şəkli çəkilərək ad, soyad, buraxılış ili, istiqaməti, dinləyicisi olduğu filial, hal-hazırdakı vəziyyəti (təhsil aldığı və ya işlədiyi yer), telefon və mail kimi məlumatlar da yazılaraq hedefkurslari@hedef.edu.az  saytına göndərilir.

4. Müsabiqə 01.09.2015 tarixinə qədər davam edəcəkdir.

5. Müsabiqəni Hədəf Kursları İdarə heyəti qiymətləndirəcəkdir.

6. Müsabiqədə I yer tutan şəxslər 300, II yer tutan şəxslər 200, III yer tutan şəxslər 100 manat məbləğində pul və digər hədiyyələrlə mükafatlanıdırılacaqlar. Ən maraqlı statuslar  və müəllifləri  haqqındakı məlumatlar toplu şəklində çap ediləcəkdir.