Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Nəşrləri “İNCİ” uşaq ədəbiyyatı silsiləsini çap etdirdi

Hədəf Nəşrləri “İNCİ” uşaq ədəbiyyatı silsiləsini çap etdirdi

Hədəf nəşrləri “İNCİ” uşaq ədəbiyyatı silsiləsini çapdan buraxıb. “İNCİ” seriyası adı altında bir-birindən maraqlı, məktəbəqədər hazırlıq üçün vəsaitlər, nağıllar kitabları, hekayələr kitabları, İQ kitabları və s. nəfis tərtibatla Hədəf Nəşrləri tərəfindən işlənib hazırlanaraq uşaqların istifadəsinə verilib. Layihə rəhbəri Hədəf Nəşrlərinin direktoru, yazıçı Müşfiq Xan, layihə müəllifi isə f.e.ü.f.d., dos. Şəmil Sadiqdir.

          “İNCİ” uşaq ədəbiyyatı seriyasına daxil olan “Oxuyaq-yazaq” adlı vəsait məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu vəsaitdə uşaqlar əlifbanın sirlərini, hətta yazmağı öyrənəcək. Kitabda əlifbanın bütün hərflərinə aid yazı nümunələri, kiçik çalışmalar və məntiqin inkişafı üçün tapşırıqlar verilib. Vəsait 1-ci sinfə hazırlaşan uşaqların yaxın köməkçisi ola bilər.

          “Riyaziyyat” - kiçik məktəbəqədər yaşlı uşaqlar üçün tərtib olunub. Uşaqların ədədləri və rəqəmləri tanıması, sadə hesab əməliyyatlarını aparmağı öyrənmələri üçün nəzərdə tutulub. Vəsait 1-ci sinfə hazırlaşan uşaqların yaxın köməkçisi ola bilər. Bu vəsait vasitəsilə uşaqlar rəngləri, həndəsi fiqurları, saymağı maraqlı şəkillər vasitəsilə daha mükəmməl şəkildə öyrənə biləcəklər.

          “İngilis dili” - Kitab 1-ci siniflər üçün nəzərdə tutulmuşdur. Mövzulara uyğun şəkillər elə yerləşdirilmişdir ki, bu da kitabla birlikdə hədiyyə olunan disklə əlaqədardır. Mövzuların hazırlanması zamanı qiymətləndirmə vəsaitlərinin meyarları gözlənilmişdir.

          “Azərbaycan dili” - Azərbaycan dili fənnindən olan bu kitab 3-cü sinif şagirdləri üçün nəzərdə tutulub. Kitabın içərisindəki çalışmalar yeni qiymətləndirmə vəsaitlərinə uyğun olaraq hazırlanmışdır. Vəsait uşaqlara dilimizin qanunauyğunluqlarını öyrətməklə bərabər, həm də onların dünyagörüşünün formalaşması və intellektual inkişafı üçün yardımçı ola bilər.

        “Ətraf aləm”- bu kitab vasitəsilə uşaqlar bitkilər, heyvanlar, planetlər, maraqlı peşələr, meyvələr, tərəvəzlər haqqında öyrənəcəklər.

          “Testlər” – məktəbəqədər hazırlıq üçün vəsaitdir. Bu vəsaitdə əsas götürülür:

  • Diqqət
  • Yaddaş
  • Təfəkkür

Vəsaitdə olan şəkilli testlər vasitəsilə uşaqlar diqqətli və yaddaşlı olmağın sirlərini öyrənəcəklər.

        “Kəs-yapışdır 1”, “Kəs-yapışdır 2” – vəsaitləri  vasitəsilə uşaqlar kağız və yapışqandan maraqlı fiqurlar hazırlamağı bacaracaqlar. Eyni zamanda, əl bacarıqlarını inkişaf etdirmək, yazı yazmağa hazırlıq üçün doğru seçiminiz olacaq.

          “Uşaqların Baharı”- “İNCİ” uşaq ədəbiyyatı silsiləsinə daxil olan bu nağıl kitabı S.Ə.Şirvaninin “Rəbiül-ətfal” dərsliyi əsasında hazırlanmışdır. Kitabı nəsrə Vidadi Allahverdi çevirmişdir. Öndə M.Ə.Sabir haqda məlumat verilmişdir. Daha sonra kitabın yazılma səbəbi bildirilir. Sonda isə nağıla aid testlər verilmişdir.

 

 Hədəf Xəbərdən Sevinc Süleyman

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx