Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Nəşrləri “TODO və LEON” uşaq futbol klubunun qonağı oldu

Hədəf Nəşrləri “TODO və LEON” uşaq futbol klubunun qonağı oldu

Hədəf Nəşrləri Tofiq Bəhramov adına Respublika stadionunda “TODO və LEON” uşaq futbol klubu ilə görüşüb. Görüşdə uşaqlara məktəbəqədər və ibtidai sinif şagirdləri üçün müxtəlif vəsaitlər və nağıl kitabları hədiyyə olunub.

Qeyd edək ki, Hədəf Nəşrlərinin 2012-ci ildə “İNCİ” uşaq ədəbiyyatı silsiləsi və “Məktəblinin kitabxanası” silsiləsi üzrə işıq üzü görən müxtəlif maraqlı kitabları – “Dünya xalqlarının nağılları”, “Uşaqların baharı”, “Heyvanlar haqqında hekayələr”, “Hekayələr və təmsillər”, “Uşaqlar üçün IQ”, “Uşaqlar üçün 100 maraqlı tapşırıq”, “Oxuyaq yazaq”, “Riyaziyyat”, “Ətraf aləm”, “Diqqət və təfəkkür testləri”, “Dədə Qorqud dastanları”, “Xəmsə” kitabları silsiləsindən 5 maraqlı nəsr kitabı və bir-birindən oxunaqlı digər kitablar görüş müddətində sərgilənmişdir.

Sərgidə nümayiş olunan kitablar valideynlər tərəfindən yüksək marağa səbəb olmuşdur. Qeyd edək ki, “TODO və LEON” uşaq futbol klubu Azərbaycanda 3-10 yaş arası uşaqlar üçün Avropa prinsipləri ilə fəaliyyət göstərir. Baş məşqçilər “C” kateqoriyalı UEFA dərəcəli Emil İbrahim və Ruhin Əliyevdir.

Sevinc Süleyman

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx