Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Nəşrləri xeyriyyə aksiyası keçirir

Hədəf Nəşrləri xeyriyyə aksiyası keçirir

xeyriyye

Toplanılan dərs kitabları və metodiki vəsaitlər aztəminatlı məktəblilərə paylanılacaq
Aztəminatlı məktəblilərin onlara lazım olan dərs kitabları və ali məktəblərə hazırlıq üçün metodiki vəsaitlərlə təmin olunması məqsədi ilə, Hədəf Nəşrləri tərəfindən yeni xeyriyyə aksiyasına start verilib.
Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, aksiyanın əsas məqsədi artıq məzun olan gənclərin istifadə etmədikləri kitabların yenidən onlara ehtiyacı olan əllərə çatdırılmasıdır.
Sentyabrın 3-dən başlayaraq start götürən və sentyabrın 29-da başa çatacaq aksiyada Hədəf Kurslarının məzunları və müəllim heyəti də yaxından iştirak edəcək.
Bundan başqa, aksiyaya qatılmaq arzusunda olanlar hədiyyə etmək istədikləri kitabları Hədəf Kurslarının istənilən filialına, yaxud da (012) 596 66 95 telefon nömrəsi ilə əlaqə saxlayaraq, “Kitabevim.Az” kitab mağazasına təhvil verə bilərlər. Həmçinin aksiya günü də kitabları özünüzlə gətirərək hədiyyə edə bilərsiniz.
Xeyriyyə aksiyası sentyabrın 29-da, saat 11:00-dan başlayaraq gün ərzində Hədəf Kurslarının Nizami filialının qarşısında baş tutacaq. Tədbir zamanı şəffaflıq və ictimaiyyət nümayəndələrinin yaxından iştirakı təmin olunacaq. Həmin gün aztəminatlı məktəblilər Hədəf Nəşrlərinin stendinə yaxınlaşaraq, onlara lazım olan dərslik və metodiki vəsaitləri pulsuz əldə edə biləcəklər.
Ünvan: Hədəf Kurslarının Nizami filialı, Z.Əhmədbəyov küçəsi 2. (Nizami m/s yaxınlığı)

Hədəf Nəşrləri mətbuat xidməti

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx