Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Nəşrlərinin direktoru yazar Müşfiq XAN bugün oxucularla görüşdü

Hədəf Nəşrlərinin direktoru yazar Müşfiq XAN bugün oxucularla görüşdü

Bu gün, dekabrın 6-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Binə qəsəbə Mədəniyyət Mərkəzində “Gənc yazarlarla görüş” silsiləsindən tanınmış dedektiv yazarlar Elxan Elatlı və Müşfiq XAN-la görüş keçirdi.

Xəzər rayonunda yerləşən kitabxanalar arasında aparılan sorğuya əsasən ən çox oxunan yazıçı adına yazıçı, şair, qızıl qələm mükafatı laureatı Elxan Elatlı və gənc yazar, vətənpərvərlik ruhunda yazılmış yüzlərlə məqalə, hekayə və şeirlərin müəllifi, dedektiv əsərləri ilə də tanınan Müşfiq XAN layiq görüldü.

Gənc yazarlarla keçirilən oxucu konfransında müəlliflərin son dövrdə nəşr olunan əsərləri sərgiləndi və oxucuları ən çox maraqlandıran suallara cavab verildi. Görüşdə imzalı kitabların təqdimatı da oldu. Tədbirdə rayonun tanınmış ziyalıları, məktəbli oxucular, ədəbiyyat, tarix müəllimləri, müxtəlif peşə sahibləri, kitabxana rəhbərləri iştirak etdi.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx