Hədəf Şirkətlər Qrupunun kollektivi  Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

“Hədəf Kursları” MMC kollektivi 20 yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.

Hədəf STEM Liseyindən başlayan yürüşdə ilk olaraq Azərbaycan Dövlət Himninin səsləndirilib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Hədəf Şirkətlər Qrupunun rəhbərliyi və Şəhidlər Xiyabanına gələn kollektiv üzvləri  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.