Hədəf Şirkətlər Qrupunun kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi

Hədəf Şirkətlər Qrupunun kollektivi  Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

 

Hədəf STEM Liseyindən başlayan yürüşdə ilk olaraq Azərbaycan Dövlət Himninin səsləndirilib.

 

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Hədəf Şirkətlər Qrupunun direktoru Şəmil Sadiqin rəhbərliyi ilə Şəhidlər Xiyabanına gələn kollektiv üzvləri  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.