Hədəf STEM Liseyindən 10-cu sinif şagirdlərinə xüsusi güzəşt fürsəti

Hədəf STEM Liseyi yeni tədris ilində AzərbaycanRus bölmələrində təhsil alacaq 10-cu sinif şagirdləri üçün xüsusi güzəşt fürsəti təqdim edir. İyul ayının 1-ə qədər qeydiyyatdan keçən şagirdlərə təhsil haqqından 30% güzəşt ediləcək.


Güzəştli qiymətə daxildir:

  1. 10 nəfərlik siniflər;
  2. Gündə iki dəfə yemək;
  3. Həftəlik 55 saat dərs;
  4. Yerli və xarici universitetlərə hazırlıq üçün nəzərdə tutulmuş abituriyent proqramı ilə yanaşı IELTS, SAT, YÖS proqramlarından hər hansı birini seçib Hədəf Kursunun təcrübəli müəllimləri ilə hazırlaşmaq imkanı;
  5. 10 saatlıq ingilis dili proqramı;
  6. Dərsliklər və dərs vəsaitləri ilə təmini;
  7. Proqramlaşdırma və dizayn tədrisi.

Hədəf STEM Liseyinə şagird qəbulu imtahan yolu ilə həyata keçiriləcək. Qəbul imtahanı DİM standartları əsasında fərdi şəkildə aparılır.

Abituriyentlərin hazırlıq prosesində göstərdiyi təhsil ilə liderliyi əldə saxlayan Hədəf Kursları bu ildən Hədəf STEM Liseyini təsis edərək, valideyn və şagirdlərin arzusunu yerinə yetirmişdir. Son iki ildə 4 nəfər şagirdimiz 700 bal toplamaqla işinin sahibi olduğunu bir daha sübut etmişdir.

Biz sadəcə işimizlə öyünürük!

Əlavə məlumat üçün hedef.edu.az  və ya *2018 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.