Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Tədris Mərkəzi hər tədris ilində aylıq sınaq imtahanları təşkil edir.

Hədəf Tədris Mərkəzi hər tədris ilində aylıq sınaq imtahanları təşkil edir.

42782969

Hədəf Tədris Mərkəzi hər tədris ilində aylıq sınaq imtahanları təşkil edir. Bunlardan 6-sı MQT (Mövzu Qiymətləndirmə Testləri) üzrə, 3-ü ÜQT (Ümumi Qiymətləndirmə Testləri) üzrə keçirilir. Mövzu sınaq imtahanları yeni  tədris  ilinin əvvəlində və ortasında tədris olunan mövzuları əhatə edir. Ümumi sınaq imtahanları isə abituriyentlərə TQDK-nın qəbul proqramını əhatə edən bütün mövzular tədris olunduqdan sonra təşkil edilir. Bu da, əsasən, tədris ilinin sonlarına təsadüf edir.

Hədəf Tədris Mərkəzinin sınaq imtahanlarında verilən suallar TQDK standartlarına tam uyğundur. Suallar fənn rəhbərləri və kursun təcrübəli müəllim heyəti tərəfindən hazırlanır. Həmçinin müəllimlər TQDK proqramını izləyir, TQDK-nın il ərzində keçirdiyi müxtəlif mövzulu seminarlarında iştirak edərək öz işini daha da təkmilləşdirir. Hər bir sınaq imtahanından əvvəl bütün fənnlər üzrə ayrılıqda iclaslar təşkil edilir. İclaslarda fənn rəhbərləri və müvafiq fənn üzrə müəllimlər iştirak edərək sınaq imtahanına yazılan sualları müzakirə edir, qiymətləndirmə aparır və sonda suallarıın imtahana uyğunluğu barədə yekun qərar  verirlər.

Hədəf Tədris Mərkəzi tərəfindən təşkil olunan sınaq imtahanlarında həm kursda təhsil alan abituriyentlər, həm də kursun dinləyicisi olmayan abituriyentlər də iştirak edə bilir. Bununla da, şagirdlər öz bilik və bacarıqlarını yoxlamaqla hansı mövzularda çətinlik çəkdiklərini anlayır, növbəti imtahana daha yaxşı hazırlaşa bilirlər. Hər sınaq imtahanından toplanan bal karne şəklində abituriyentə təqdim olunur.

Hədəf Tədris Mərkəzinin dinləyicisi olan abituriyentlərin sınaq imtahanında topladıqları ballar TQDK imtahanında topladıqları balla uyğun olur. Nümunə üçün Hədəf Tədris Mərkəzinin məzun qruplarında dinləyici olan abituriyentlərin bu ilki sınaq və qəbul imtahanı balları əsasında hazırlanmış ortalama bal cədvəlini diqqətinizə çatdırmaq istəyirik:

Ad və soyad

Qrup

TQDK balı

Ortalama

Ruhullayeva Mətanət Namiq

3

680

639

Mahmudlu Elxan Fəxrəddin

2

536

570

Abdullayeva Tamilla

1

467

482

Ağayeva Gülnar Asif

3

443

357

Nemətova Aytən Eynulla

3

438

440

Mehdiyeva Əminə

3

437

349

Quliyeva Sevinc Qulu

2

385

379

Mirhəsənov Mirzamin

2

374

341

Qubadova Ülkər Şövqi

3

373

404

Abdürəhmanova Elmira Əli

3

363

337

Baxşəliyeva Zöhrə

2

363

367

Bağırova Sevda Nəcəf

2

360

413

Qasımova Nigar Akif

3

354

379

İsgəndərova Hürü Heydər

2

348

429

Şabıyev Fariz

3

335

431

Hacıyeva Aygün Altay

2

333

401

İlkanə Həsənova Möhlət

3

331

348

Mirzəyev Fərid Ramiz

3

325

309

Mehdiyev İsa Bəylər

2

322

288

İsmayılzadə Aqil Abdulxalıq

2

322

352

Nəcəfov Samir Əli

2

318

337

Güləsər Nağızadə İdris

3

317

226

Nübar Əliyeva Rafiq

2

315

349

Leyla Məmmədova

3

314

335

Vəliyeva Nuranə Şəmsəddin

3

313

346

Ruhullayev Orxan Namiq

2

311

366

Əliyev Anar Füzuli

2

308

338

Xudaverdiyeva Könül Xudaverdi

3

306

272

Rəhimli Aynur Qafar

1

306

288

Qubadzadə Rəsmiyyə Yeganə

1

302

316

 

 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx