Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Kurslarının təşkil etdiyi Hədəf Təlim Klubunda 3-cü menecment təlimi başa çatıb.

Hədəf Kurslarının təşkil etdiyi Hədəf Təlim Klubunda 3-cü menecment təlimi başa çatıb.

Hədəf Təlimi Klubu Hədəf Kurslarının tərkibində gələcək hədəflərinə çatmağı qarşısına məqsəd qoymuş gənclərə və iş adamlarına marketinq, menecment, natiqlik sənəti, fərdi inkişaf və digər sahələrdə peşəkarlıqlarını və biliklərini artırmaqda yardımçı olmaq məqsədilə yaradılıb.Həmçinin təlim iştirakçılarına iş yerlərində İnformasiya Kommunikasiya Texnologiyalarından istifadənin üstünlükləri barədə də məlumat verilir. Təlimçi Rəşad Hüseynovun təqdimatında Menecment sahəsində idarəetmənin hədəfi, Menecmentdə proseslərin təşkili, qloballaşmanın Menecmentə təsiri, idarəetmədə Rəhbər və Lider, Menecmentin tipləri və üslubları, Menecmentdə qərb və şərq modeli, Menecmentdə TEAM WORK effekti kimi maraqlı mövzular müzakirə olunub.
9401

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx