“Hədəf” və “İstiqlal” kurslarına müəllim qəbulu üçün imtahan keçirildi

IMG_7779

İyunun 7-də “Hədəf” və “İstiqlal” kurslarına müəllim qəbulu üçün test imtahanı keçirildi. İmtahanda mindən çox namizəd iştirak edirdi. İştirakçılara sual sayından uyğun olaraq riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika, informatika və məntiq fənləri üçün altmış, tarix, İngilis və Rus dilləri üçün qırx beş , Azərbaycan dili və ədəbiyyat üzrə isə doxsan dəqiqə vaxt verilib.

“Hədəf” şirkətlər qrupunun icraçı direktoru Emin Sadıqov imtahan zamanı heç bir qayda pozuntusunun qeydə alınmadığını bildirdi. O, kurslara müəllim qəbulunun ənənəvi olaraq hər il keçirildiyini və prosesin ildən-ildən daha da təkmilləşdiyini qeyd etdi. Müəllimliyə namizədlərdən Əliverdiyeva Günel imtahanın şəffaf keçdiyini dedi: “Suallar orta çətinlikdə idi. Düşünürəm ki, imtahan mənimçün uğurlu oldu. Namizədlər üçün hər bir şərait yaradılmışdı və proses qaydalara uyğun şəkildə təşkil olunmuşdu”.

Qeyd edək ki, imtahanın düzgün cavabları Hedef.edu.az saytında yerləşdiriləcək və nəticələr iyunun 15-də elan ediləcək. İmtahanda iştirak edən namizədlər öz ballarını kupon aldıqları filliallara müraciət edərək öyrənə bilərlər. Müsabiqənin 2-ci turu ilə bağlı ətraflı məlumat hedef.edu.az saytında və rəsmi “facebook” səhifəsində veriləcək.