Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf yenə hədəfi vurdu!

Hədəf yenə hədəfi vurdu!

Artıq 2016-2017-ci tədris ili üçün Ali məktəblərə qəbul imtahanı geridə qaldı. Qəbul imtahanında edilən dəyişikliklər qəbul həyəcanını iki dəfə artırmışdı. Abituriyentlərin iki dəfə qəbul imtahanında iştirak etmək hüququ builki ən böyük dəyişikliklərdən idi.

Yeniliklər və dəyişikliklər nə olur olsun, Hədəf kursları ölkəmizdə təhsilin öndə dayanan özəl müəssisələrindən biri kimi bütün gedişatı izləyir və tədrisini buna görə qurur. Bunun nəticəsidir ki, artıq bir neçə ildir, ard-arda maksimum nəticələrlə işimizi və özümüzü doğrulda bilirik. Keçən il üç maksimum nəticə və bu nəticələrdə rus bölməsi üzrə 700 balla ölkə tarixində ilkə imza atmaq bizim kursa qismət oldu. İşgüzar fəaliyyətdə ən əsas düsturlardan biri budur ki, əsas olan uğuru əldə etmək deyil, həm də əldə edilən uğuru qoruya bilməkdir. Kursumuz hər il bir öncəki ildə olan uğurlarını daha da inkişaf etdirir. Bu baxımdan 2016-2017 tədris ili də uğurlu sayıla bilər.

Hədəf Kurslarının Xırdalan filialınının I qrup abituriyenti Məmmədova Jalə Müşfiq qızı maksimum – 700 bal toplamışdır. Bundan əlavə Kursumuzun aşağıda adları çəkilən şagirdləri hər il ənənəvi olaraq dövlət tərəfindən yüksək bal toplamış şagirdlərə diqqəti ifadə edən “Prezident təqaüdü”nə düşə bilmə şansları böyük olan abituriyentlərdir.

Mustafasoy Rəşad Nadir – 692 – II qrup

Məmmədov Eşqin Ənvər – 686 – I qrup

Salmanov İlkin Elçin – 685 – III qrup

Jalə Sultan Ağamir – 680 – III qrup

 

Hədəf Kursları olaraq Ali məktəblərə qəbul olmuş bütün abituriyentlərə uğurlar arzulayırıq!

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx