“Hədəfin Bilgəsi” mükafatlandırıldı

Hədəf Kurslarının Əhmədli filialında kursların hər ay təşkil etdiyi Sınaq İmtahanlarında “Filial birincisi” və “Ümumi kursun birincisi” olan abituriyentlərin qiymətləndirmə və təltifetmə mərasimi keçirilib.

 

Tədbiri giriş sözü ilə Əhmədli filialının müdiri Səftər Əlsafa açıb.

 

O, “Bilgə” anlayışı barəsində tədbir iştirakçılarına məlumat verib.

 

Daha sonra çıxış edən Hədəf Kurslarının Sosial İşlər və Layihələr üzrə direktoru Elvin Əliyev birinciləri təbrik edib, onlara qəbul imtahanlarında uğurlar arzu edib.

 

Hədəf STEM Liseyinin direktoru, “Hədəfin Bilgəsi” layihəsinin ideya müəllifi f.ü.f.d., dos., Şəmil Sadiq də öz növbəsində sınaq imtahanlarında yüksək bal toplamış şəxsləri təbrik edib. Onlara həyatda uğur qazanmaqları üçün tövsiyələr verib.

 

Sonda qaliblər mükafatlandırılıb. “Bilgə” papağı kursun birincisi Kənan Qoçiyevə təqdim edilib.

 

Şagirdlərlə xatirə şəkli çəkilib.