“Hədəfin Bilgəsi” mükafatlandırıldı

Hədəf Kurslarının Nizami filialında kursların hər ay təşkil etdiyi Sınaq İmtahanlarında “Filial birincisi” və “Ümumi kursun birincisi” olan abituriyentlərin qiymətləndirmə və təltifetmə mərasimi keçirilib.

 

Mərasimi giriş sözü ilə Hədəf Kurslarının Sosial Məsələlər üzrə direktoru Elvin Əliyev açıb. O, “Hədəf bilgəsi” ideyası barəsində tədbir iştirakçılarına məlumat verib.\

Daha sonra Hədəf Kurslarının İcraçı direktoru Emin Sadiqov bilgələri təbrik edib.

 

Sonda şagirdlərə sertifikatlar təqdim edilib.

 

Şagirdlərlə xatirə şəkli çəkilib.