“Hədəfin Bilgəsi”nin təqdimat mərasimi keçirildi

“Hədəf” kurslarının Neftçilər-Qara Qarayev filialında kursların hər ay təşkil etdiyi Sınaq İmtahanlarında “Filial birincisi” və “Ümumi kursun birincisi” olan abituriyentlərin qiymətləndirmə və təltifetmə mərasimi keçirilib.

 

Tədbiri giriş sözü ilə filialın müdiri Famil İsayev açıb.

 

O, birinciləri təbrik edərək, “Kursun Bilgəsi” haqqında məlumat verib: “Bildiyiniz kimi Hədəf Kurslarının ənənələrində sınaq imtahanlarında birinci yerə çıxanlara “Bilgə” status verilir. Bilgələrimiz müxtəlif növ mükafatlar və müəyyən imtiyazlar qazanırlar.  Türk tarixində biliyə, mədəni tərəqqiyə ən çox qiymət verən tarixi şəxsiyyət İltəriş kağanın oğlu Bilgə kağandır. “Bilgə” konsepsiyamız da məhz onun adı ilə bağlıdır. Kursumuzun sınaq imtahanlarında ən çox bal toplayan şagirdlərinə simvolik olaraq “Bilgə” statusu veririk. Bunun üçün nəzərdə tutduğumuz papaq quruluş olaraq Bilgə kağanın papağına bənzədilib. Üzərində əbədədilik, ölməzlik simvolu olan naxışlar, azadlıq rəmzi Simurq quşunun rəsmi təsvir edilib.

Mütəmadi olaraq təşkil edilən bu mərasim TOY adlanır. TOY- qədim türkəcədə toplantı, yığıncaq mənasına gəlir. Bizdə Bilgələrin yığışdığı bu TOY-da gənclərimizi mükafatlandıracayıq”.

Daha sonra çıxış edən Əhmədli filialının müdiri Səftər Əlsafa şagirdlərə gələcək imtahanlarda uğurlar arzu edib. Onlara daha yüksək nəticə göstərəcəklərinə əmin olduğunu bildirib.

“Hedef Global” şirkətinin direktoru Elvin Əliyev də öz növbəsində Hədəf Kurslarının son illərdə qazandığı uğurlar barəsində məlumat verib. O, kursun uğur statistikası ilə tədbir iştirakçılarını tanış edib.

Tədbir uşaqların mükfatlandırma mərasimi ilə başa çatıb. Şagirdlər sertifikat və pul mükafatı ilə təltif olunublar.