“HƏDƏF”in məzunları ilə görüş keçirilib

111
“HƏDƏF” kurslarının müxtəlif illərdəki məzunları kursun direktoru Şəmil Sadiqlə görüşüblər. İlk öncə Şəmil Sadiq gəncləri salamlayıb.

O, “HƏDƏF” kursları olaraq hər bir məzunun yanında olduqlarını qeyd edib: “Uzun müddətdir ki, belə bir görüş planlaşdırırdıq. Sizi görməyə çox şadam. Bir çoxlarınız ilə mütəmadi olaraq əlaqədə oluruq. Çox istərdim ki, bu görüşlərin sayı daha çox olsun. Sizinlə görüşəndə, söhbət edəndə əvvəlki illəri xatırlayıram. Bunu bilmənizi istərdim ki, “HƏDƏF” həmişə öz yetirmələrinin yanındadır. Bacardığımız qədər sizə kömək etməyə söz veririk”.

Daha sonra Şəmil Sadiq “HƏDƏF” qruplarının son illərdə gördüyü işlər barəsində tədbir iştirakçılarına məlumat verib: “HƏDƏF” qrupu olaraq son illər ərzində müxtəlif layihələr həyata keçirmişik. “HƏDƏF” nəşrləri dünya ədəbiyyatından tərcümələri və öz yazıçılarımızın kitablarını mütəmadi olaraq çap edir. Keçən il Kitabevim.az mağazalar şəbəkəsini yaratdıq. Burada ədəbiyyat adına müxtəlif işlər görülür. Tez-tez kitab təqdimatları, məşhur yazarların imza günü, ədəbiyyat müzakirələri keçirilir. Bu yaxınlarda Türkiyənin məşhur şairi Kahraman Tazeoğlu Bakıda oldu. O, iki gün Kitabevim.az-da oxucuları ilə görüşdü. Bununla yanaşı 25 apreldə Dədə Qorqud parkında “Oxu günü” keçiriləcək. Hər birinizi bu gündə görmək xoş olardı”.

Şəmil Sadiq məzunlara işlərində və həyatlarında böyük müvəffəqiyyətlər arzu etdi. Səmimi mühitdə keçən görüşdə sonda məzunlar “HƏDƏF” kurslarının müəllim heyəti ilə xatirə fotosu çəkdirdilər.