Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - “Hədəf” hazırlıq kurslarında Xocalı faciəsi anılıb

“Hədəf” hazırlıq kurslarında Xocalı faciəsi anılıb

Bu gün bütün respublika məktəblərində olduğu kimi “Hədəf” hazırlıq kurslarında da Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Kursun bütün filiallarında ilk dərslər “Xocalı” faciəsinə həsr olunub, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətlə yetirilənlərin xatirəsi anılıb. Şagirdlərə Xocalı soqırımı haqqında məlumat verilib. Bildirilib ki, həmin gecə xalqımıza qarşı həyata keçirilən soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx