Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - “Hədəf” Kursları 13 şagirdi Şimali Kiprə göndərir

“Hədəf” Kursları 13 şagirdi Şimali Kiprə göndərir

Gənclər 15 gün ərzində həm də yay dil kurslarına qatılacaqlar

Xəbər verildiyi kimi, aprel ayının 21-də “Hədəf” Kurslarının 6 filial və 2 təmsilçiliyində ali və orta ixtisas məktəblərinə qəbul olmaq istəyən 6 minə yaxın məktəbli arasında kursa qəbul imtahanı keçirilmişdi.

 “Hədəf” Kurslarının mətbuat xidmətindən verilən məlumata görə, bütün ixtisas qrupları üzrə imtahan nəticələri artıq açıqlanıb.

 Hər qrup üzrə ilk 3 yeri tutmuş şagirdlərə Şimali Kiprə 15 günlük yay tətili səyahət kuponu hədiyyə olunub. Dörd ixtisas qrupu üzrə cəmi 13 şagird bu yay Şimali Kipr Türk Cümhuriyyətinin 5 şəhərinə səyahət edəcək, buradakı ali məktəblərlə tanış olacaq, eyni zamanda Lefke Avropa Universitetinin keçirdiyi yay dil kurslarında iştirak edəcəklər.

 Kiprə yola düşəcək şagirdlər aşağıdakılardır:

Fərid Çələbi, Həsən Hadıyev,  Rəsid Əliyev , Qorxmaz Verdiyev , Elvin Rzayev, Aydan Tağızadə, Mirgüllər Ağayeva, Elgün Cəfərov ,  Yeganə Məmmədova, Mehriban Verdiyeva, Günay Zamanlı, Nurlan Qurbanlı, Tural Məmmədov.

 Güzəştlər iyunun 1-nə kimi qüvvədədir. İyunun 1-nə qədər qeydiyyatdan keçənlərə əlavə 10% güzəşt olunur. İyunun 1-dən 20-ə qədər pulsuz nümunə dərslər tədris olunacaq.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx