Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Kursları 2012-2013 tədris ili üçün Kursa Qəbul İmtahanı keçirdi

Hədəf Kursları 2012-2013 tədris ili üçün Kursa Qəbul İmtahanı keçirdi

Aprel ayının 29-da Hədəf Kursları 2012-2013 tədris ili üçün Kursa Qəbul imtahanı keçirdi. İmtahan 4 imtahan mərkəzində – Nizami, Neftçilər, Azadlıq və Xırdalan filialları baş tutdu. Xatırladaq ki, bu kursun fəaliyyətində beşinci qəbul imtahanıdır. Səhər saat 10-da başlayan imtahana Bakı, Abşeron və Sumqayıt məktəbləri üzrə ümumilikdə 5 mindən çox şagird qatıldı.

8, 9 və  10-cu sinif şagirdlərinə ünvanlanan imtahan TQDK-nın ixtisas qrupları üzrə həm Azərbaycan, həm də rus bölmələrində aparıldı. Sual kitabçalarında şagirdlərə təqdim olunan testlər yeni qəbul qaydalarına uyğun, yəni ki, qrup üzrə 2 fəndən açıq tipli test tapşırıqları formatında olmuşdur.

İmtahanda iştirak edən şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan nəticələri aşağıda göstərilən tarixlərdə elan olunacaq:

7 may–III qrup;

8 may–II qrup;

9 may–I qrup;

10 may–IV qrup

İmtahan nəticələri telefonla deyilməyəcək və məktəblərə göndərilməyəcək. İmtahan verən şagird nəticələri göstərilən tarixlərdə qeydiyyat olunduğu filialdan almalıdır.

Güzəştlərimiz

1-ci yer 100%;

2-ci yer 75%;

3-cü yer 50%;

4-10-cu yerlər 25%;

11-100-cü yerlər 10%.

İmtahan nəticələrinə görə qrup üzrə I yeri tutan şagirdin ödənişsiz təhsil alması üçün minimum balı 500 olmalıdır. Bundan əlavə iyun ayının 15-nə qədər qeydiyyatdan keçən bütün şagirdlərlərə ödənişində 10% güzəşt olunacaqdır. Bu şagirdlər iyun ayında keçiriləcək pulsuz nümunə dərslərdə iştirak etmək hüququ qazanacaqdır. İyun ayının 15-nə qədər qeydiyyatdan keçməyən şagirdlərin güzəştləri ləğv ediləcəkdir.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx