Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Kursları 27 apreldə qəbul imtahanı keçirtdi

Hədəf Kursları 27 apreldə qəbul imtahanı keçirtdi

Hədəf Kursları aprel ayının 27-də 2014-2015 tədris ilinin abituriyent qəbul imtahanını uğurla başa vurdu. İmtahan kursumuzun Nizami, Azadlıq, Neftçilər, Xırdalan, Sumqayıt və bu il fəaliyyətə başlayan Həzi Aslanov filiallarında baş tutdu. İmtahanda 8-9-10-cu sinif şagirdləri iştirak edirdilər. Suallar Tələbə Qəbul komissiyasının proqramı əsasında bütün qrupları əhatə edirdi. İmtahan rus və azərbaycan bölmələri üzrə aparılırdı. Uğurlu nəticə göstərmiş şagirdlər kursumuzda yüksək güzəştlərlə təhsil almaq imkanını qazanacaqlar. Bütün abituriyentləri hədəflərinə bizimlə çatmağa dəvət edirik.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx