Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Kursları Abituriyentlər üçün seminar keçirir

Hədəf Kursları Abituriyentlər üçün seminar keçirir

SEMİNARA ONLAYN QEYDİYYAT

psixolojiseminar-2014cuil

Bakı Ali Neft Məktəbi, Sabancı Universiteti, Hədəf  Kursları və Psixologiya-Konsultasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 1-2 iyul 2014-cü il tarixində “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihəyə start veriliəcək.

Layihə Xəbərservis Analitik İnformasiya Agentliyinin(www.xeberservis.az), OTV, azpress.az və Hədəf jurnalının informasiya dəstəyi  ilə həyata keçiriləcəkdir. İki  gün  davam edəcək seminarın keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və idarə olunmasına kömək etməkdir.
Layihədə respublikamızın tanınmış psixoloqları ilə yanaşı Türkiyə Respublikasından dəvət olunmuş professorlar da abituriyentlərdə özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində vaxtın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün qərar vermələri ilə bağlı məsləhətlər verəcəklər.
Beynəlxalq təcrübədə  imtahan öncəsi bu tip seminarların iştirakçısı olan abituriyentlərin qəbul imtahanlarında daha yaxşı nəticə göstərdiyini nəzərə alan  təşkilatçılar bu layihəni təhsilin inkişafında uğurlu addımlardan biri hesab edirlər.
Layihədə iştirak etmək istəyən abituriyentlər vwww.hedef.edu.az  saytında qeydiyyatdan keçərək seminarda iştirak edə bilərlər.
Layihənin ən fəal iştirakçısı Sabancı  Universitetinin  dəstəyi ilə iki günlük İstanbul  gəzintisi  hüququ qazanacaq.

Tel.: (+99412) 562 82 28, (+99455) 263 72 27

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx