Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Kursları daha bir beynəlxalq əməkdaşlığa imza atır

Hədəf Kursları daha bir beynəlxalq əməkdaşlığa imza atır

hedefcareer2

19 noyabr 2016-cı il tarixində ABŞ-ın nüfuzlu San Diego Dövlət Universitetinin professorları Hasan Autman, Amanda Black, Türkiyə Respublikasından “Global Career” İnstitutunun rəhbəri Orxan Hasanoğlu “Hədəf Kursları” MMC-nin qonağı olmuşdur. Hədəf Kursları Baş İdarədə həyata keçirilən görüşdə “Hədəf Kursları” MMC-nin Baş direktoru, dos. Şamil Sadiq, Layihələr, Sosial İşlər və Xarici əlaqələr departamentinin rəhbəri Elvin Əliyev, Xaricdə təhsil üzrə menecer Zümrüd İsmayılova iştirak etmişdir.

Görüşdə əməkdaşlıq çərçivəsində görüləcək işlər, keçiriləcək layihələr müzakirə olunmuşdur. Əsas məqsəd kimi yeni təlim metodu olan STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) proqramı vasitəsilə gələcəkdə tələbə mübadiləsi, həmçinin, müəllimlərin ixtisas artırma kurslarının təşkil edilməsi təklif olunmuşdur. Yerli müəllimlərin San Diego Dövlət Universitetinə göndərilməsi və “İngilis Dilinin İnkişafı Mərkəzi” müəllimlərinin Azərbaycanda seminarlarının təşkil edilməsi müzakirə olunan məsələlər arasında olmuşdur.

hedefcareer1

Həmçinin yeni yaradılmış “Hedef Global” şirkəti ilə də gələcəkdə iş birliyinin qurulması, tələbələrin xüsusi güzəştlərlə San Diego Dövlət Universitetində istər təhsil, istərsə də təcrübə keçməsi haqqında uğurlu müzakirələr aparılmışdır. Birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi qərara alınmışdır.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx