Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Kursları daha bir beynəlxalq müqaviləyə imza atdı

Hədəf Kursları daha bir beynəlxalq müqaviləyə imza atdı

24 sentyabr 2014-cü il tarixdə Hədəf  Kursları  MMC  və  British Council arasında birgə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Rəsmi imza mərasimində British Council-un Azərbaycan üzrə  direktoru  Elizabet Vayt və Hədəf Kursları  MMC-nin  Baş Direktoru  f.ü.f.d., dosent  Şəmil Sadiq iştirak etmişdir. Birgə əməkdaşlıq müqaviləsinin əsasını Hədəf  Kursları MMC-də ingilis dilinin təlimi və tədrisi proseslərinin səviyyəsinin yüksəldilməsi təşkil edir. Rəsmi imzalanma mərasimi başlamazdan öncə Elizabet Vayt  Hədəf  Kursları  Nizami filialını gəzmiş, dərs otaqlarında müəllim və şagirdlərlə söhbət etmişdir.

Elizabet Vayt  Hədəf  Kursları  haqqında öz  təəssüratlarını bildirmişdir:  “ Mən ilk dəfədir ki, kursunuzda oluram. Məmnunam ki, sizi tanıdım. Burada çox fəal siniflər və həvəsli müəllimlər var. Bura əla təhsil mərkəzidir. Biz Hədəf Kurslarını British Council-un əməkdaşlıq etdiyi təşkilatlar sırasında görməyimizə çox şadıq. Azərbaycandakı uzunmüddətli fəaliyyətimiz ərzində müəllimlərin inkişafı üçün çalışmışıq. Hədəf  Kursları təhsilin keyfiyyətinin artmasına və təhsil prosesinin davamlı olaraq inkişafına böyük diqqət verdiyi üçün məmnunuq. Biz Hədəf Kurslarında işləyən müəllimlərin inkişafı üçün treninqlər keçirilməsi, eyni zamanda onların Aptist testi üzrə sertifikatlarla təmin olunması prosesində işlərimizi davam etdirəcəyik.”

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx