Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - “Hədəf” Kurslarına növbəti qəbul imtahanı keçirildi

“Hədəf” Kurslarına növbəti qəbul imtahanı keçirildi

Hər qrup üzrə ilk 3 yeri tutan şagirdlər Kiprə 15 günlük yay tətilinə göndəriləcək

Aprel ayının 21-də “Hədəf” Kurslarının Nizami, Neftçilər, Azadlıq, Xırdalan və Sumqayıt filiallarında; həmçinin Mingəçevir və Kürdəmir təmsilçiliklərində ali və orta ixtisas məktəblərinə qəbul olmaq istəyən məktəblilər arasında kursa qəbul imtahanı keçirildi.
“Hədəf” Kurslarının mətbuat xidmətindən verilən məlumata görə, imtahanda 6 minə yaxın orta məktəb şagirdi (8,9,10-cu siniflər) iştirak edib. İmtahan Azərbaycan və rus bölmələri üzrə aparılıb. İmtahanın prosesi şəhərdə beş filialın, bölgələrdə isə iki təmsilçiliyin 9 binasında 250 nəfərlik nəzarətçi heyəti ilə həyata keçirilib.
İmtahan nəticələri açıqlanacaq tarixlər: I qrup – 29 aprel; II qrup – 30 aprel; III və IV qruplar – 1 may; Hər qrup üzrə ilk 3 yeri tutmuş şagirdlərə Kiprə 15 günlük yay tətili səyahət kuponu hədiyyə olunacaq.
Güzəştlər iyunun 1-nə kimi qüvvədədir. İyunun 1-nə qədər qeydiyyatdan keçənlərə əlavə 10% güzəşt olunur. İyunun 1-dən 20-ə qədər pulsuz nümunə dərslər tədris olunacaq. 28 aprel, 19 və 26 may tarixlərində də bölgə təmsilçiliklərində növbəti qəbul imtahanları keçiriləcək.
Yeni tədris ili üçün “Hədəf” Kurslarına müraciət edən ümumi şagird sayı 10 min nəfərə çatıb.

“Hədəf” Kurslarının mətbuat xidməti

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx