Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - “Hədəf” kurslarında magistr qruplarının sonuncu sınaq imtahanı keçirilib

“Hədəf” kurslarında magistr qruplarının sonuncu sınaq imtahanı keçirilib

muellim imtahan2

“Hədəf” Hazırlıq Kurslarında magistr qrupları üçün sonuncu dəfə sınaq imtahanı təşkil edilib. İmtahan kursun bütün filiallarında keçirilib. Oktyabr ayından start götürən magistr hazırlığı qrupları bundan öncə 5 dəfə sınaq imtahanında (MQT) iştirak ediblər. Həmçinin qruplar keçirilən mövzulara uyğun Dərs Qiymətləndirmə Testləri (DQT) ilə həftədə bir dəfə imtahan olunublar. Kurs müddəti ərzində dinləyicilər dərs vəsaitləri ilə də təmin ediliblər.

Qeyd edək ki, “Hədəf” Hazırlıq Kurslarında keçirilən sınaq imtahanlarının nəticələri imtahandan bir gün sonra elan olunur.

Martın 6-da Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına imtahanın 1-ci mərhələsində bütün müdavimlərimizə uğurlar arzulayırıq.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx