Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf kurslarında orta məktəblər üçün müəllim hazırlığı dərslərinə qeydiyyat başladı.

Hədəf kurslarında orta məktəblər üçün müəllim hazırlığı dərslərinə qeydiyyat başladı.

fdo5kecirildibaspis (11)Artıq bir neçə ildir ki, Təhsil Nazirliyi  respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqə elan edir. Hazırda müəllimlərin işə qəbulu məhz elektron şəkildə, test üsulu ilə keçirilir. Müəllimlərin işə qəbulundakı bu dəyişikliklərdən sonra Hədəf Kursları ilk dəfə olaraq, müəllim olmağa hazırlaşanlar üçün qrup şəklində hazırlıqlar təşkil etdi. 4 ildir, Kursumuzda sistemli olaraq “Müəllim hazırlığı” qrupları fəaliyyət göstərir. Qruplarda 3 fənn – ixtisas, məntiq və kurikulum tədris olunur. Hər qrup üçün dərslər həftədə iki gün ərzində təcrübəli müəllimlər tərəfindən keçirilir. Tədris prosesi 5 dərs ixtisas, 2 dərs məntiq, 2 dərs kurikulum olmaqla  9 dərs saatını əhatə edir . Kursumuzda aşağıdakı ixtisas fənləri üzrə qruplar təşkil olunub:

1. Azərbaycan dili və ədəbiyyat

2. İbtidai təhsilin metodikası

3. İngilis dili

4. Kimya

5. Fizika

6. Tarix

7. Coğrafiya

8. İnformatika

9. Riyaziyyat

Hər ay təhsilalanlar üçün “Aylıq mövzu sınaq imtahanları”  təşkil olunur. Tədris ilinin sonunda müdavimlərimizin  kurikulum üzrə  sertifikat alması təmin olunur.

Hədəf Kursları 2015-2016-cı tədris ili üçün “Müəllimlərin orta ixtisas məktəblərinə qəbulu” proqramı çərçivəsində növbəti hazırlıqlara start verib.

Müəllim hazırlığı dərslərinə  qeydiyyat artıq başlamışdır. Dinləyici olmaq istəyənlər filiallarımıza yaxınlaşa bilər. Dərslərə 2016-cı ilin yanvar ayından başlanacaq.

Əlaqə telefonu: (012) 5947338

(070) 3249850

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx