Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Kurslarının ən böyük tədris binasının açılışı oldu

Hədəf Kurslarının ən böyük tədris binasının açılışı oldu

Müasir tədrisimizin milli brendi olan Hədəf Kursları hər il tədrisin bütün istiqamətlərində böyük uğurlara imza atır. Bakı və Sumqayıt şəhərləri üzrə 6 filialla fəaliyyət görən Hədəf Kursları tədris üçün lazımı imkanları təmin edən, istər bina şəraiti, istərsə də digər maddi-texniki baza baxımından imkanları geniş olan tədris mərkəzidir. 2015-2016-cı tədris ili Kursun fəaliyyətində olduqca böyük uğurlar ilə yadda qaldı. Respublikamızda ali məktəblərə qəbul imtahanı zamanı maksimum bal toplayan 10 şagirddən 3-ü Hədəf Kurslarının abituriyenti oldu. Bu şagirdlərin içərisində Şahbaba Məmmədovun nəticəsi Rus bölməsi abituriyentləri arasında indiyə qədər olan ən yüksək nəticə idi. İldən-ilə nəticələrin yüksəlməsi kursa inamı daha da artırır. Müəllim-şagird kontingentinin artması tədris binalarımızın yenilənməsinə və genişləndirilməsinə gətirib çıxarır.

9 ildir fəaliyyət göstərən Hədəf Kurslarının Azadlıq filialı 12 noyabr tarixində yeni binasının açılışını və filialın 5 yaşını bir arada qeyd etdi. Tədbirdə Hədəf kurslarının  bütün filiallarından müəllim-şagird heyəti iştirak etdi. Tədbiri Hədəf Kurslarının Xarici əlaqələr və sosial layihələr üzrə departament müdiri Elvin Əliyev açdı. Azadlıq filialının fəaliyyət dövrü, uğurları və imkanları haqqında məlumat verdi. Sonra kursun baş direktoru dosent Şəmil Sadiq və həmtəsisçi Vüqar Tarquliyev çıxış etdilər. Tədbirin rəsmi dəvətlilərindən Atatürk liseyinin rəhbəri Ali Devrim Hədəf Kursları ilə əməkdaşlıqdan və kursun təhsilimizə verdiyi töhfələrdən bəhs etdi. Tədbirin nitq çıxışları bitdikdən sonra mükafatlandırma hissəsi başlandı.

Tədbirdə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edildi.  2015-2016-cı tədris  ilində göstərdiyi uğurlu fəaliyyətə görə “İlin filialı” nominasiyası üzrə mükafat Xırdalan filialının müdiri Anar Allahverdiyevə təqdim olundu. Qəbul imtahanında “Ən yüksək nəticə” göstərən dörd şagirdə: Məmmədov Şahbaba (700 bal), Nəzərəliyev Rəvan (700 bal), Cəfərov Elgün (696 bal), Nəzərəliyev Nurlan (685 bal) təltifnamə və 500 manat pul mükafatı təqdim olundu. Sonra 2015-2016-cı tədris ilində qəbul imtahanı zamanı hər hansı fəndən bütün sualları doğru cavablandıran şagirlərin müəllimləri mükafatlandırılmaq üçün səhnəyə dəvət edildilər. Həmin müəllimlərə təbriknamə və pul mükafatları təqdim edildi.

Tədbirin sonunda Azadlıq filialının 5 illiyi münasibəti ilə tort kəsildi və xatirə şəkilləri çəkildi.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx