Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - “Hədəf Kursları”nın Nizami filialında valideynlərlə görüş

“Hədəf Kursları”nın Nizami filialında valideynlərlə görüş

30.08.2013- cü il tarixində saat 1100-da “Hədəf kursları”nın Nizami filialında VIII-IX-X sinif şagirdlərinin  valideynləri ilə görüş keçirildi. İclas VIII-IX-X siniflər üzrə cavabdeh şəxs olaraq Allahverdiyev Anar müəllim tərəfindən başlandı və ilk olaraq, çıxış üçün  söz “Hədəf kursları”nın Nizami filialının direktoru Sadıqov Emin müəllimə verildi. E. Sadıqov çıxışında kursla tanışlıq xarakterli və eyni zamanda kursdaxili imtahanlar haqqında ətraflı məlumat verdi. Anar müəllim isə öz növbəsində “KEYFİYYƏTLİ  DƏRS  VƏ UĞURLU  NƏTİCƏ” mövzusunda çıxışını davam etdirdi. Sonra Nizami filialının XI siniflər üzrə direktor müavini Xankişiyev Məhəmməd müəllim “ŞAGİRDLƏRİN BİLİK VƏ BACARIQLARININ  QİYMƏTLƏNDİRİLMƏSİ” mövzusunda  çıxış etdi. İclasın sonunda Nizami filialının abuturiyentlər üzrə baş mütəxəssisi  Hüseynova Ülviyyə müəllimə  siniflər üzrə dərs cədvəlləri və abuturiyentlərin kurs daxilində nizam-intizam qaydalarından danışdı. Valideynlərin sualları çıxışlar bitdikdən sonra cavablandırıldı.

Saat 13 00-da isə növbəti iclas – XI siniflər üzrə abituriyentlərin valideynləri ilə görüş oldu. İclasda məsul şəxslərdən : “Hədəf kursları”nın Nizami filialının  direktoru Emin  Sadıqov, Nizami Filialının X sinifləri üzrə direktor müavini Anar Allahverdiyev, filialın XI sinifləri üzrə direktor müavini Məhəmməd Xankişiyev və   filialının abuturiyentlər üzrə baş mütəxəssisi Ülviyyə Hüseynova iştirak edirdilər. Yığıncağa giriş sözü ilə M.Xankişiyev başladı. Məruzə üçün söz E. Sadıqova verildi. E. Sadıqov “Kursdaxili intizam qaydaları və təlimin möhkəmləndirilməsi ” mövzusunda danışdıqdan sonra valideynlərin suallarını cavablandırdı. A.Allahverdiyev “ Dərs proqramları və  mövzu ardıcıllğındakı problemlər”, M. Xankişiyev “ Kurs – Abituriyent – Valideyn” mövzusunda çıxışlar etdilər, Ü. Hüseynova siniflər üzrə dərs proqramlardan, dərs ili boyunca abituriyentlərin kursdaxili və ictimai funksiyasından  haqqında valideynlərə məlumat verdi. Çıxışlar  arası fasilələrdə  və toplantıdan sonra  valideynləri maraqlandıran suallara cavab verildi.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx