Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Liseyinə və Hədəf Kurslarına “Müəllim qəbulu imtahanı” keçiriləcək!

Hədəf Liseyinə və Hədəf Kurslarına “Müəllim qəbulu imtahanı” keçiriləcək!

Hədəf Kursları iyun ayının 12-də 2016-2017-ci tədris ili üçün Azərbaycan və rus bölmələri üzrə müəllim qəbulu imtahanı keçirəcək. Qəbul imtahanında vakant yerlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika, tarix, ingilis dili, rus dili, informatika, məntiq (azərbaycan bölməsi), rus dili və ədəbiyyatı (rus bölməsi) fənləri üzrə olacaq. Suallar TQDK-nın qəbul proqramını əhatə edəcək.

 

Qeyd: Azərbaycan dili və ədəbiyyatı, informatika, məntiq fənləri istisna olmaqla digər fənlər üçün həm Azərbaycan, həm də Rus bölməsinə müəllim qəbulu aparılacaq.

İmtahanda iştirak etmək istəyən müəllimlər may ayının 18-dən 08 iyuna qədər filiallarımızdan imtahana buraxılış vərəqi əldə edə bilərlər. Qeydiyyata gələrkən şəxsiyyət vəsiqənizi gətirməyi unutmayın. İmtahanda iştirak etmək üçün buraxılış vərəqini və şəxsiyyət vəsiqənizi özünüzlə gətirməlisiniz.

Buraxılış vərəqi üçün xidmət haqqı 6 AZN-dir.

 

            İmtahan iki məntəqədə: Bakı və Xırdalan şəhərlərində keçiriləcək. Buraxılış vərəqlərini Hədəf Kurslarının sizə yaxın filialından əldə edə bilərsiniz.

 

ü  Azərbaycan bölməsi üçün fənlərə görə  ayrılmış imtahan müddəti və sual sayı:

 

Azərbaycan dili və ədəbiyyat – 50 ixtisas, 10 kurikulum sualı – 120 dəq.

Azərbaycan dili – 25 ixtisas, 10  kurikulum sualı – 90 dəq.

Riyaziyyat – 25 ixtisas, 10 kurikulum sualı – 90 dəq.

Kimya – 25 ixtisas, 10 kurikulum sualı – 90 dəq.

Biologiya – 25 ixtisas, 10 kurikulum sualı – 90 dəq.

Coğrafiya – 25 ixtisas, 10 kurikulum sualı – 90 dəq.

Fizika – 25 ixtisas, 10 kurikulum sualı – 90 dəq.

Tarix – 25 ixtisas, 10 kurikulum sualı – 90 dəq.

İngilis dili – 25 ixtisas, 10 kurikulum sualı – 90 dəq.

Rus dili – 25 ixtisas, 10 kurikulum sualı – 90 dəq.

İnformatika – 25 ixtisas sualı – 60 dəq.

Məntiq – 25 ixtisas sualı – 60 dəq.

 

ü  Rus bölməsi üçün fənlərə görə  ayrılmış imtahan müddəti və sual sayı:

 

Rus dili və ədəbiyyat, 50 ixtisas sualı – 90 dəq.

Riyaziyyat, 25 ixtisas sualı – 60 dəq.

Kimya, 25 ixtisas sualı – 60 dəq.

Biologiya, 25 ixtisas sualı – 60 dəq.

Coğrafiya, 25 ixtisas sualı – 60 dəq.

Fizika, 25 ixtisas sualı – 60 dəq.

Tarix, 25 ixtisas sualı – 60 dəq.

İngilis dili, 25 ixtisas sualı – 60 dəq.

Rus dili, 25 ixtisas sualı – 60 dəq.

 

Baş idarə

(Ətraflı məlumat üçün)

Z.Əhmədbəyov küç 2  (Nizami metrosunun yaxınlığında)

Tel: (+99412) 594-73-38, 596-66-95

Mob:(+99470) 324-98-50

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx