Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - “Hədəf”çilər İstiqlal Muzeyində olublar

“Hədəf”çilər İstiqlal Muzeyində olublar

esasAprelin 21-i “Hədəf” Kurslarının dinləyiciləri  Azərbaycan İstiqlal Muzeyində olublar. Onlar Azərbaycan tarixinin görkəmli siyasi-hərbi xadimi general Əliağa Şıxlinskinin 150 illiyinə həsr edilmiş xatirə sərgisində iştirak ediblər.

Sərgi zamanı “Hədəf” Kurslarının Layihələr və Xarici Əlaqələr  üzrə direktoru Elvin Əliyev İstiqlal Muzeyi haqqında geniş məlumat verib.

“Hədəf” Kursları Nizami filialının müdir müavini Məzahim Mustafazadə Əliağa Şıxlinskinin xalqımızın tarixində gördüyü vacib işlər, onun kimliyinin əhəmiyyəti ilə bağlı şagirdləri məlumatlandırıb.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi və “Hədəf” Kursları arasında imzalanmış razılaşmaya əsasən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx