Hədəfə aparan yolun sirlərini bizimlə vərəqləyin!

“Hədəf Nəşrləri” Məhdud Məsuliyyətli Cəmiyyəti 2009-cu ildə təsis edilmişdir. Azərbaycan Respublikasında ən məşhur mətbəə və nəşriyyatlarla partnyorluq edən Hədəf Nəşrləri 2010-cu ildə “İlin ən yaxşı nəşriyyatı” (Yeni Yazarlar və Sənətçilər Qurumu), 2011-ci ildə “İlin ən fəal əməkdaşı” (AR Mədəniyyət və Turizm Nazirliyi) və həmçinin 2011-ci ildə keçirilən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında “Ən fəal iştirakçı” diplomları ilə təltif edilmişdir. Nəşriyyatın fəaliyyət göstərdiyi müxtəlif illər ərzində 4 nəşri mükafat almışdır.

2011-ci ilin ən uğurlu layihələrindən biri bütün fənlər üzrə 11 müxtəlif test topluları bağlamalarının – Dərsi Qiymətləndirmə Testlərinin (DQT) nəşr edilməsi oldu.

2011-ci il həmçinin məktəbəqədər şagirdlər üçün nəzərdə tutulan yüksək zövqlə tərtib edilmiş metodik vəsaitlərin dərc edilməsi ilə də yadda qaldı. Bu layihəyə 5-6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əyani vəsait və digər maraqlı metodik kitablar daxildir.