HƏDƏF YAY KURSLARI

İdeal yay fürsəti!

Hörmətli Valideynlər!

Son bir ildə dərslərin onlayn olması səbəbindən övladlarımızın təhsil, təlim-tərbiyə prosesində yaranan çətinliklər, mənimsənilən tədris materialının möhkəmləndirilməsi, keyfiyyətinin yüksəldilməsi və yay tətilinin səmərəli keçirilməsi məqsədilə sizə ideal fürsət yaradırıq. Hədəf Kursları II-X  sinif şagirdləri üçün yay aylarında intensiv kurslar təşkil edir.

Sizə iki aylıq intensiv kurslar üçün  bir neçə paket təklif edirik!

Hədəf kursları və Hədəf Liseyinin birgə layihəsi olan bu qısa müddətli kurslarda şagirdlər keçən bir ilin dərslərini sürətli təkrarlayacaq, əylənərək öyrənəcək, yay aylarını faydalı və səmərəli keçirəcəkər.

Sizə təqdim etdiyimiz paketlərdən birini seçərək, 20 iyun – 20 avqust tarixlərində milli təhsil brendimizin gülərüz və peşəkar komandası ilə gəncliyimizin sabahını daha maraqlı etmə imkanı əldə edəcəksiniz!

Bununla bərabər, iki ayın sonunda kurslarda iştirak edənlər, nəticələrə əsasən sertifikat alacaqlar. Şagirdlər Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən 60 sualdan ibarət olan imtahanda topladıqları nəticələrə görə Hədəf Liseyi və Hədəf Kurslarında yeni tədris ilində  güzəştlə təhsil  ala bilərlər!

Güzəşt faizlərimiz:

  1. 91-100% nəticəyə görə 70 faiz güzəşt
  2. 81-90% nəticəyə görə 50 faiz güzəşt
  3. 51-80% nəticəyə görə 30 faiz güzəşt
  4. Yay kurslarına qoşulan hər bir şagird Hədəf Kurslarında 20 faiz güzəşt qazanacaq.

Qeyd: Əlavə olaraq, 100% nəticə toplamış şagirdlərə fisherteknik robot-konstrukturu hədiyyə ediləcək!

Biz sadəcə, işimizlə öyünürük!

Gəlin, görün, öyrənin və öyrənmənin necə asan olduğunun fərqində olun! Çünki biz öyrətməyin ən yaxşı yolunu bilirik!

 

PAKETLƏR

HƏDƏF YAY KURSLARI

 

  1. 8-10-cu siniflər üçün 
  • Həftədə 3 gün (12 dərs)
  • Azərbaycan dili – 4 saat
  • Riyaziyyat – 4 saat
  • İngilis dili – 4 saat

BONUS

  • Gündə bir dəfə çay süfrəsi

Ödəniş: 99 AZN.

 

 5-7-c siniflər üçün

 Həftədə 3 gün, (12 dərs)

  • Azərbaycan dili – 3 saat
  • Riyaziyyat – 3 saat
  • Məntiq – 2 saat
  • İngilis dili – 4 saat

BONUS

  • Gündə bir dəfə çay süfrəsi
  • Həftədə 90 dəqiqə STEAM (Robotiks, kodlaşdırma və 3D modelləmə) dərsləri

Ödəniş: 99 AZN. 

 

  1. İbtidai siniflər üçün

 

Həftədə 3 gün (12 dərs)

 

  • Oxuyub-anlama – 3 saat
  • Riyaziyyat – 3 saat
  • Əyləncəli Məntiq – 2 saat
  • İngilis dili – 4 saat

BONUS

  • Gündə bir dəfə çay süfrəsi
  • Ekskursiya, oyunlar
  • STEAM dərsləri

Ödəniş: 99 AZN.

 

Qeyd 2. 1 dərs 45 dəqiqə davam edir

Qeyd 3. Dərslər 6-8 nəfərlik qruplarda aparılır.