HƏDƏF QRUP

HƏDƏFİMİZ ƏXLAQİ DƏYƏRLƏRƏ SÖYKƏNƏRƏK XALQIMIZI MÜASİR TƏLƏBLƏRLƏ AYAQLAŞDIRMAQDIR!

HƏDƏF QRUPA daxil olan ilk şirkət – Hədəf Kursları kursları tanınmış pedaqoq f.ü.f.d Şəmil Sadiqin təşəbbüsü və Vüqar Tarquliyevlə birgə təsis edilmişdir. Hədəf kursları 2008-ci il may ayının 12-də rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və həmin gündən də fəaliyyətə başlamışdır.Qısa zamanda milli təhsil brendi olaraq bir çox uğurlara imza atmışdır.Bu zaman çərçivəsində Hədəf Kursları özünün 7 filialını(Nizami, Xırdalan, Neftçilər, Azadlıq, Sumqayıt, Əhmədli, 20 Yanvar) açmışdır.Hal-hazırda Hədəf Qrupa 8 şirkət daxildir : Hədəf Kursları,Hədəf Nəşrləri, XAN nəşriyyatı, Kitabevim.az, Hədəf Multimedia Mərkəzi, Hədəf Global, Hədəf İdman Klubu.Hədəf Kurslarında təhsil alan bütün şəxslər “Hədəf Kart” əldə etməklə Hədəf Qrupa daxil olan bütün şirkətlərdən 50%-ə qədər endirim əldə etmə imkanına malikdir.Bizim məqsədimiz bütün xismət sahələrimizdə sizlərə yüksək xidmət göstərməkdir.Yolunuzu gözləyirik…

Hədəf Şirkətlər Qrupu