Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - II tura keçən müəllimlərin siyahısı

II tura keçən müəllimlərin siyahısı

 II TURA KEÇƏN MÜƏLLİMLƏRİN SİYAHISI

22 iyun 2014-cü il tarixində “Hədəf Kursları” MMC-də 2014/2015-ci tədris ili üçün vakansiya yerlərə  müəllim qəbulu imtahanı keçirilmişdir. Bütün fənlər üzrə 984 müəllim imtahanda iştirak etmişdir. Hazırda kursumuzda dərs deyən müəllimlər də imtahana qatılmışdır.  Cari ildə kursumuzda dərs deyən müəllimləri imtahana cəlb etməkdə məqsəd zəif nəticə göstərən müəllimlərin əvəzinə yenilərini cəlb etməkdir.

       Fənlər üzrə suallar TQDK-nın qəbul proqramına uyğun hazırlanmışdır. Azərbaycan dili-ədəbiyyat fənni üzrə 50 sual üçün 90 dəqiqə,  dəqiq fənlər üzrə 25 sual üçün 60 dəqiqə, humanitar fənlər üçün 45 dəqiqə vaxt ayrılmışdır. Səhv və düz cavabların nisbəti isə TQDK-nın qəbul qaydalarında olduğu kimidir (4 səhv 1 düz nisbəti). İmtahan zamanı hər hansı fəndən cavabı çıxmayan testlər imtahan verənin xeyrinə hesablanacaq. Həmin sualların izahı internet ünvanımızdakı izahlarda ulduz işarəsi ilə göstərilib.

      II tura keçən müəllimlərin siyahısı hedef.edu.az saytında elan olunduqdan sonra həmin müəllimlərin telefonlarına mesaj göndərilərək kursa dəvət ediləcək. II turda kurs rəhbərliyi, filial müdirləri və fənn rəhbərlərinin iştirakı ilə müəllimlərlə tanışlıq xarakterli söhbətləri olacaq. II tura keçməyən müəllimlər nəticələrini buraxılış vərəqi aldıqları filiallardan ala bilərlər. İmtahanla bağlı şikayəti və ya narazılığı olan şəxslər həmin filialların müdirləri ilə görüşə bilərlər.

     II turu müvəffəqiyyətlə başa vuran müəllimlər III tura çağırılacaq. III turda müəllimlər hər hansı mövzudan şagirdlər qarşısında dərs keçəcək. Dərslər fənn rəhbərləri və həmin fənnə aid təcrübəli müəllimlərin iştirakı ilə olacaqdır.

     Üç mərhələni uğurla keçən müəllimlər “Hədəf Kursları” MMC-nin V Pedaqoji Seminarına dəvət alacaqlar.

      Pedoqoji Seminarın keçirilməsində məqsəd  kursumuza yeni qəbul olmuş müəllimlərinə kursun idarə qaydaları, kollektivi, iş sisstemi, dərs proqramları haqqında məlumat verməkdir. Bununla bərabər dərsin qurulması və testlərin hazırlanması haqqında təcrübəli müəllimlər tərəfindən slayd şəklində seminar keçiriləcək.

Seminarın yekununda gənc müəllimlərə V pedaqoji seminarın sertifikatları təqdim ediləcək.

Hədəf Kursları İdarə heyəti

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx