Buradasınız: Ana səhifə - HƏDƏF NƏŞRLƏRİ - İnformatika vəsait

İnformatika vəsait

Kitabın müəllifindən

informatika teymur ferzi1943-cü ildə ”Dünya bazarında beş kompyuterdən çoxuna yer yoxdur” deyən IBM başçısı Tomas Vatsonun sözlərindən 69 il, 1949-cu ildə məşhur Mexanika jurnalı tərəfindən ”gələcəkdəki kompyuterlərin ağırlıqları 1,5 tondan daha ağır olmayacaq” yazısından 63 il və 1981-ci ildə ”Hər kəsə 64 Kb yaddaş kafi olacaq” deyən Bill Qeytsin məşhur sözlərindən yalnız 31 il sonra informasiya texnologiyalarının gəldiyi nöqtə bütün bu sözləri təbəssümlə qarşılamağımıza gətirib çıxarmışdır.

     Müasir zamanda hər addımda kompyuter təhsili almış iş qüvvəsinə duyulan ehtiyac artmaqdadır. Fərdlərin gündəlik həyatlarını davam etdirə bilmələri üçün belə kompyuter təhsillərinin olması vacib bir amilə çevrilmişdir.

     İnformasiyalaşmış cəmiyyətin tələblərinə uyğun olaraq artıq informatika fənninin tədrisi nəinki ali məktəblərdə, hətta orta məktəb və ibtidai siniflərdə də başlanmışdır.

     Əlinizdə tutduğunuz bu kitab, magistraturaya hazırlaşan bakalavrlar üçün ümumiləşmiş bir vəsaitdir. Kitabda olan fəsillər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi ”İnformatika üzrə qəbul imtahanı proqramı“ ilə tam olaraq uyğunluq təşkil edir.

     Bu kitabda üstünlük məlumatların çoxluğuna deyil, magistraturaya hazırlaşan bakalavrın qəbul proqramına əsasən verilmişdir. Vəsaitdən magistraturaya hazırlaşan bakalavrlarla yanaşı, müəllimlər, Dövlət Qulluğu imtahanlarına hazırlaşanlar istifadə edə bilərlər.

 Oxuyucuların diqqət etmələri vacib olan məsələlərdən biri də kitabda olan işarələrdir. Kitab tamamilə ”punkt qaydası“ ilə işlənməklə bərabər mətnlərin rəngi də təyin olunmuş qaydaya əsasən verilmişdir.

     Bütün istifadəçilərə məqsədlərinə çatmaq yolunda uğurlar diləyirik!

Hörmətlə, Teymur Fərziyev

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx