İngilis dilinə tərcümə ilə

İngilis dilinə tərcümə ilə
Below English translation is attached

“Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” adlanan Tvinninq layihəsinin Rəhbər Komitəsinin növbəti iclası keçirilmişdir.
8 sentyabr 2017-ci il tarixində Dövlət İmtahan Mərkəzində Aİ tərəfindən maliyyələşdirilən və Azərbaycan və Litva arasında keçirilən “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” adlanan Tvinninq layihəsinin AZ/15/ENP/OT/40 Rəhbər Komitəsinin 3-cü iclası keçirilmişdir. İclasda Aİ-nın Bakı ofisinin nümayəndəsi, PAO (İqtisadiyyat Nazirliyi nəzdində) nümayəndəsi, Litva və Azərbaycan tərəfindən layihə rəhbərləri, litvalı ekspertlər, Rezident Tvinninq müşaviri və layihənin işçiləri iştirak etmişlər. İclasda 2017-ci ilin III rübündə həyata keçirilən fəaliyyətlər, eləcə də növbəti rüb üçün planlaşdırılan fəaliyyətlər müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, layihənin ən önəmli mərhələlərindən biri artıq yekunlaşmaq üzrədir, belə ki dövlət qulluğu vəzifələrinin təsnifatı üzrə pilot layihənin nəticələri gələn həftə müxtəlif dövlət qurumlarının iştirakı ilə keçiriləcək görüşdə paylaşılacaqdır. İclasda o da vurğulanıb ki, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) iştirakı ilə keçirilən pilot layihə uğurla tamamlanmış və arzuolunan nəticələr vermişdir. Eləcə də pilot institutlardan “insan resurları” üzrə mütəxəssislərin aktiv iştirakının pilot layihənin uğurla həyata keçirilməsində önəmi vurğulanmışdır.

On the 8th of September 2017 the third meeting of Steering Committee of the EU funded “Twinning Project AZ/15/ENP/OT/40: Support to Further Reforms of the Civil Service System in Azerbaijan” between Azerbaijan and Lithuania was held at the State Examination Center of the Republic of Azerbaijan. The meeting was attended by an EU Delegation representative, PAO representative (from the Ministry of Economy of the Republic of Azerbaijan), project leaders from Lithuanian and Azerbaijan side, Lithuanian experts, Resident Twinning Advisor and project assistants. Activities carried out during the third quarter of the project, as well as planned activities for the next quarter period were discussed at the meeting. It was highlighted that one of the most important stages of the project is almost close to finish, as the pilot project results on the classification of civil service positions will be shared next week at a workshop with participants from various state institutions. It was mentioned that the pilot project implemented with the Ministry of Economy, Ministry of Labour and Social Protection and State Agency for Public Service and Social Innovations under the President of the Republic of Azerbaijan (ASAN) was successful and yield desired results. Moreover, the active participation of the HR experts from pilot institutions was emphasized being noteworthy in the successful implementation of the pilot project.