Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - DİM - İyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edəcək abituriyentlər “buraxılış vərəqəsi”ni çap edə bilərlər!

İyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edəcək abituriyentlər “buraxılış vərəqəsi”ni çap edə bilərlər!

İyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər http://eservices.dim.gov.az/brxvbak/?frm=egov keçidinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx