Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - İyunun 16-da Hədəf Kurslarında müəllimlərin işə qəbul imtahanı keçiriləcək

İyunun 16-da Hədəf Kurslarında müəllimlərin işə qəbul imtahanı keçiriləcək

Öncədən məlumat verildiyi kimi iyun ayının 16-da Hədəf Kursları 2013/2014 tədris ili üçün müəllimlərin işə qəbul imtahanı keçirəcəkdir. Qeydiyyat hedef.edu.az saytının vakansiya bölməsində elektron formada həyata keçirilir və iyunun 10-a qədər CV-lər qəbul edilir. İmtahan Azərbaycan və rus bölməsinin müəllimləri ilə birgə aparılır. Qeyd edək ki, iyunun 5-nə olan məlumata görə təsdiqlənən CV sayı 1300-dən çoxdur. Hədəf Kurslarının mətbuat xidməti kursun rəsmi sayt və sosial şəbəkə ünvanlarında işə qəbul imtahanında iştirak etmək istəyən müəllimlərin ən çox soruşduğu sualları cavablandırır.

 

1. Qeydiyyatdan necə keçməliyik?

Qeydiyyat hedef.edu.az saytının vakansiya bölməsindəki elektron CV formasındakı uyğun bölmələri doldurmaqla həyata keçirilir. Bu zaman ulduz (*) işarəsi ilə göstərilən sahələri doldurmağınız vacibdir.

2. İmtahan harada keçiriləcəkdir?

İmtahan 2 növbədə olmaqla Azərbaycan Universitetində keçiriləcəkdir.

Ünvan: Yasamal r., S.Dadaşov 84, General Akim Abbasov (Keçmiş Kiev) pr.

3. İmtahan saat neçədə başlayacaqdır?

İmtahan I növbə 10:00-da, II növbə 11:00-da başlayacaqdır. İmtahan binasına 30 dəqiqə öncə gəlməyiniz vacibdir.

4. İmtahana gələrkən özümüzlə hansı sənədləri gətirməliyik?

İmtahana gələrkən yalnız şəxsiyyətinizi təsdiq edən sənədi gətirməyiniz yetərlidir.

5. İmtahan müddəti və sualların sayı necə olacaqdır?

İmtahan müddəti, sualların sayı və fənlər üzrə imtahanların başlama saatları aşağıda göstərildiyi kimi olacaqdır:

Azərbaycan dili və ədəbiyyat – 1 saat (25+25 sual), II növbə (11:00)

Riyaziyyat – 1 saat (25 sual), II növbə (11:00)

Kimya – 1 saat (25 sual), II növbə (11:00)

Fizika – 1 saat (25 sual), II növbə (11:00)

Biologiya – 30 dəqiqə (25 sual), I növbə (10:00)

Coğrafiya – 30 dəqiqə (25 sual), I növbə (10:00)

Tarix – 30 dəqiqə (25 sual), I növbə (10:00)

İngilis dili – 30 dəqiqə (25 sual), I növbə (10:00)

Rus dili – 30 dəqiqə (25 sual), I növbə (10:00)

İnformatika – 30 dəqiqə (25 sual), I növbə (10:00)

Məntiq – 30 dəqiqə (30 sual), I növbə (10:00)

* Rus bölməsinin müəllimləri də eyni bölgü ilə iştirak edəcəklər.

 

6. İmtahan nəticələri elan olunduqda səhv cavablar doğrulara təsir edəcəkmi?

Xeyr, nəticələr doğru cavabların ümumi sayına əsasən sıralanacaqdır.

7. Digər fənlər və istiqamətlər üzrə imtahan keçiriləcəkdirmi?

İyunun 16-da keçiriləcək müəllimlərin işə qəbul imtahanı yalnız yuxarıda qeyd olunan fənlər üzrə nəzərdə tutulmuşdur. Belə ki, məktəbəqədər, alman dili, fransız dili və göstərmədiyimiz digər fənnlər üzrə hazırda vakansiya mövcud deyil.

Hədəf Kursları imtahanda iştirak edəcək bütün müəllimlərə müvəffəqiyyətlər arzu edir!

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx