İyunun 9-da Hədəf Kurslarında Müəllimlərin İşə Qəbulu imtahanı keçirildi

 

İyunun 9-da Hədəf Kurslarında Müəllimlərin İşə Qəbulu imtahanı keçirilib.

 

Hədəf İmtahan Mərkəzindən verilən məlumata görə 4 məntəqədə keçirilən imtahanda 1000 nəfərdən artıq müəllim iştirak edib.

 

Məlumatda qeyd olunur ki, imtahan nəticələri həftəsonuna qədər açıqlanacaq. İmtahanda yüksək nəticə göstərmiş şəxslər növbəti mərhələdə iştirak hüququ qazanacaq. İkinci mərhələdə müəllimlər nümunə dərs təqdim edəcəklər.

İkinci mərhələyə seçilən şəxslər sms vasitəsilə məlumatlandırılacaq.

Qeyd edək ki, 9 iyun imtahanında yüksək bal qazanmış müəllimlər Hədəf Kursları ilə yanaşı Hədəf Stem liseyinin də müəllim-vakansiya yerləri üçün yönləndiriləcək.