Buradasınız: Ana səhifə - MƏQALƏLƏR - Kompyuterlərin yaranma tarixi

Kompyuterlərin yaranma tarixi

Komputer sözü ingilis sözü olub-”computer” hesablayıcı deməkdir.Minlərlə il bundan əvvəlcə hesablama üçün çubuqlardan,daşlardan istifadə olunurdu.1500 il bundan əvvəl ABAK meydana gəlmişdir.

 1642-ci ildə B.Paskal vurma əməlini yerinə yetirən mexanik qurğu kəşf etdi.
1673-cü ildə V.Leybnits dörd arifmetik əməli yerinə yetirən arifmometr adlanan cihaz hazırladı.Bunlarla bərabər hesabdar adlanan ixtisas da meydana gəldi.Hesabdar arifmometrlə işləyərək cəld və dəqiq ayrıca ardıcıllıqla instruksiyanı yerinə yetirirdi.Belə ardıcıllıq proqram adlanırdırılmağa başlandı.

XIX əsrin I yarısında ingilis riyaziyyatçısı Ç.Bebbic universal hesab maşını-Analitik maşın yaratdı.Bunun üçün o perfokartlarla işləyən proqramdan istifadə etdi və verilənlərin saxlanması üçün anbar-müasir terminalogiyada yaddaş tətbiq etdi.Bebbic öz işini sona çadıra bilmədi.Bir də ki,o əsas ideyanı işləyib hazırlamışdı.
1943-cü ildə amerikalı H.Eyken Bebbicin işinin köməkliyi ilə XX əsrin texnikası əsasında elektromexanik rele ilə işləyən Mark-1 maşınını hazırladı.
Hələ bundan əvvəl 1941-ci ildə alman mühəndisi K.Ç. Bebbicin ideyalarından istifadə edərək analoji maşını yaratmışdı.
1943-cü ildən başlayaraq ABŞ-da C.Moçli və P.Ekertin rəhbərliyi altında mütəxəssislər qrupu elektromaqnit lampaları ilə işləyən maşınlar düzəltməyə başladılar.Onların maşını Eniac adlanırdı və Mark-1 maşınından 1000 dəfə sürətlə işləyirdi.Bundan sonra Moşli və Ekert proqramı öz yaddaşında saxlaya bilən yeni maşın hazırlamağa başladılar.
1945-ci ildə məşhur riyaziyyatçı alim fon Neyman müasir maşınlar haqqında doklad hazırladı.Bu doklad fon Neyman prinsipləri adlandırıldı.Neyman prinsiplərinə görə komputer aşağıdakı hissələrdən ibarət olmalı idi:
Arifmetrik-məntiqi qurğu
1. İdarəetmə qurğusu
2. Yaddaş qurğusu
3. Xarici qurğular
Fon Neyman arxitekturalı ilk komputer 1949-cu ildə ingilis M.Uilks tərəfindən yaradılmışdı.

Personal komputerlər

1948-ci ildə elektron lampaların yerinə tranzistorlardan istifadə olunmağa başladı. 50-ci illərin ortalarında tranzistorlardan ibarət komputerlər istifadə olunurdu.Tranzistorlardan istifadə komputerlərin ölçülərinin də kiçilməsinə gətirib çıxardı.
1965-ci ildə Digital Equipment firması tərəfindən indiki soyuducuların ölçüsündə və qiyməti 20000 dollar olan birinci mini komputer PDP-8 yaradıldı.
Komputerlərin miniatürləşməsində bu zamandan etibarən inteqral sxemlərdən istifadə olunmağa başladı. 1958-ci ildə C.Kilbi bir neçə tranzistorun bir yarımkeçiricidə birləşməsini fikirləşmişdi. 1959-cu ildə İntel firmasının gələcək banisi olan R.Noys elektron sxemlərdən inteqral sxemlər hazırlamağı bacardı.Bunları çip adlandırmağa başladılar. 1968-ci ildə Burroughs inteqral sxemli ilk komputeri istehsal etdi. 1970-ci ildən başlayaraq İntel firması yaddaş inteqral sxemləri-çiplər istehsal edərək satmağa başladı. 1970-ci ildə M.Hoff ilk mikroprosessor olan İntel-4004 yaratdı.Bu prosessor eyni vaxtda ancaq 4 bit informasiya ötürürdü.İntel firması 1973-cü ildə 8 bitli mikroprosessor olan İntel-8008 yaratdı. 1975-ci ildə ilk kommersiya yönümlü komputer olan Altair-8080 yaradıldı.Bu komputer MİTS firması tərəfindən buraxılırdı. 1975-ci ilin axırında P.Allen və Microsoft şirkətinin gələcək banisi olan B.Qeyts Beyzik dilinin interpretatoru olan versiyanı yaratdılar. 1981-ci ilin avqustunda IBM firması tərəfindən yeni komputer olan IBM PC yaradıldı.Bu nəsil komputerlər personal komputerlər adlandırılmağa başlandı.Personal komputerlərdə yüzlərcə qiqabayt informasiyanı saxlamaq olar və onlara girişi saniyənin on mində bir hissəsində almaq olar.

Komputerdə ən əsas element onun “beyni” olan mikroprosessordur. Mikroprosessorun takt tezliyi MHs-lə ölçülür. Mikroprosessordan əlavə soproprosessor da vardır ki, o əsasən mikroprosessora müxtəlif riyazi əməliyyatları yerinə yetirməkdə kömək edir.

 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx