Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Liseylərə hazırlıq qrupları 1 noyabrda fəaliyyətə başlayır

Liseylərə hazırlıq qrupları 1 noyabrda fəaliyyətə başlayır

Hədəf Kurslarında oktyabrın 28-də liseylərə hazırlaşan şagirdlər üçün qəbul sınaq imtahanı keçirəcəkdir. İmtahanda cari tədris ilinin 6-cı sinfində təhsil alan şagirdlər iştirak edə bilər. Qeyd edək ki, imtahan testləri beşinci sinif tədris materiallarını əhatə edəcək. Belə ki, ümumilikdə 60 sual olmaqla ana dili, riyaziyyat, tarix, coğrafiya, biologiya və məntiq fənlərinin hər birindən 10 test sualı təqdim olunacaqdır. İmtahan müddəti 2 saatdır. İmtahanda iştirak etmək üçün əvvəlcədən filiallarımıza gəlib qeydiyyat olunmağınız vacibdir. Qeydiyyatdan keçməyən şagirdlər imtahana buraxılmayacaq. İmtahana son qeydiyyat tarixi oktyabrın 24-ə qədərdir.

Hədəf Kursları digər siniflərdə (IV, V və VIII) oxuyan şagirdlər üçün kursdaxili imtahanla liseylərə hazırlıq qruplarına şagird qəbulu elan edir. Bundan əlavə V-VII siniflərinin təkmilləşmə qrupları üçün yeni qəbula oktyabrın 3-dən start verilmişdir.

Bütün şagirdlərimiz Hədəf Nəşrlərinin vəsaitləri və kitabları ilə pulsuz təmin olunur.

Qrupların fənlər üzrə həftəlik dərs bölgüsü (əsas dərslər)

1. Ana dili – 2 dərs

2. Riyaziyyat – 2 dərs

3. Tarix – 2 dərs

4. Biologiya – 2 dərs

5. Coğrafiya – 2 dərs

6. Məntiq – 2 dərs

Əsas dərslər həftədə 3 dəfə olmaqla 4 dərs bölgüsü ilə tədris olunur. Bununla yanaşı həftə ərzində bir dəfə aparıcı fənlərdən (riyaziyyat və məntiq) əlavə dərslər tədris olunur. Bir dərsin davametmə müddəti 45 dəqiqədir. Tədris proqramı liseylərin qəbul proqramı ilə eynidir. Dərslərin keyfiyyəti və şagirdlərimizin göstəricilərinə tədris işləri üzrə direktor müavini bilavasitə kuratorluq edir. Bütün şagirdlərimiz üçün ayda bir dəfə olmaqla pulsuz sınaq imtahanları keçirilir.

Hədəf Kurslarının bütün filiallarında 1 noyabr tarixindən yeni texnikum qrupları fəaliyyətə başlayır. Qeyd edək ki, oktyabrın 28-də keçiriləcək sınaq imtahanında texnikumlara hazırlaşanlar üçün də sual kitabçası təqdim olunacaqdır. İmtahan müddəti 2 saat olmaqla şagirdlərə 45 test sualı (15 Azərbaycan dili, 15 riyaziyyat və 15 Azərbaycan tarixi) təqdim olunacaqdır.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx