Buradasınız: Ana səhifə - BƏDİİ LÖVHƏ - Məktəb dediyin millət üçün afəti-candır

Məktəb dediyin millət üçün afəti-candır

Vallahi məni şübhə yeyir xeyli zamandır,

Bir kimsəyə lazımdırmı məktəb kimi andır?
Həm tədrisi, həm tərbiyəsi xalqa ziyandır,
Mən söyləməsəm də hamıya hamısı əyandır.
Məktəb dediyin millət üçün afəti-candır.

Müəllimlik edib günləri ah-vayla keçirdim.
Qiymət verənim olmasa da, dərsi keçirdim.
Gündə neçə yol şərbət umub, zəhri içirdim.
Burda nə isə eyləmək , əlbəttə, gümandır.
Məktəb dediyin millət üçün afəti-candır.

Mən hirslənirəm, hey deyirəm: – “Dərs oxu, bədbəxt.”
Şagird baxaraq gözlərimə lal durur, əlbət.
Təhsil nəyə lazım, edir həll hər şeyi rüşvət.
Müəllim deyə bilməz, balası, kəs, bu yalandır.
Məktəb dediyin millət üçün afəti-candır.

Lap hirslənirəm, qışqırıram: “Dərs oxu, övlad.”
Övlad gülərək söyləyəcək ki, nə elm-zad?
Rüstəm dayının oğlu məgər dərslə alıb ad?
Insan kimi, əlbət, yaşayan pullu olandır.
Məktəb dediyin millət üçün afəti-candır.

Hər gün bizə müəllim nə deyir anla, düşün sən.
Vardırsa pulun sən əziyyət görmüyəcəksən.
Evrodu ya dollardı nədi, ver, deyim əhsən.
Burda çatacaq istəyinə kim ki, kalandır.
Məktəb dediyin millət üçün afəti-candır.

Şagird gələrək dərsə girib əylənəcəkmiş,
“Xalqın pulu bizlərdə”,-deyib əylənəcəkmiş,
Yersiz olaraq hər sözə lağ dillənəcəkmiş,
Bəz mən nə deyim? Çün bu mənim dərsim alandır.
Məktəb dediyin millət üçün afəti-candır.

Cabbarlı Cəfər çadrnı atsın dedi övrət.
Qız dərs oxuyub eyləsin öz xalqına xidmət.
Gəl indi bizim gül balalar çöldə qoyur ət.
Şagird oğul hərdən də deyir:Ggör necə candır?
Məktəb dediyin millət üçün afəti-candır.

Məktəbdə olan günlərimiz hoqqadır indi.
Sandıqda qalan yaylığımız şapkadır indi.
Keçmişdə olan donlarımız yubkadır indi.
Sadiq, dil gəl söylə ki, bu hansı tumandır?
Məktəb dediyin millət üçün afəti-candır.

əllif: Şəmil Sadiq

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx